3 aprel 2010 12:02
Millinin baş məşqçisi qələbələrdən razıdır
İtaliyanın Olbia şəhərində keçirilən beynəlxalq turnidə keçirilən oyunlardan sonra Azərbaycan U-19 yığmasının baş məşqçisi Bernhard Lippert AFFA-nın saytına fikirlərini bildirib
"Turnirə çox yaxşı başladıq. Birinci oyunun səviyyəsi daha yüksək idi. İkinci qarşılaşmada çoxlu sayda qol vəziyyəti yaratdıq, lakin dəyərləndirə bilmədik. Ümumilikdə, başlanğıcdan razı qaldım" - azerisport.az xəbər verir ki, Lippert belə deyib.
