3 aprel 2010 12:17
Roma Qoca Sinyoranın əvəzini Azərbaycandan çıxdı
İtaliyada Manlio və Loris Skorpinyoların xatirəsinə həsr olunmuş 18-ci ənənəvi turnirdə iştirak edən Azərbaycan U-17 yığması Roma klubunun nəzdindəki həmyaşıdlarından ibarət komanda ilə qarşılaşıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, oyun 3:2 hesabı ilə «Roma»nın xeyrinə başa çatıb. Yığmamızın heyətində Elşən Abdullayev və Əbasət Cəfərov fərqlənib.
Xatırladaq ki, C qrupunda yer alan yığmamız ilk oyunda Ternana komandasından olan həmyaşıdları ilə üz-üzə gəlmiş və oyun 2:2 hesabı ilə başa çatmışdı.
