3 aprel 2010 12:26
Vaqif Cavadov Çempionlar Liqasına yaxınlaşır
Bu gün Hollandiya çempionatında 30-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi Tvente səfərdə Venlo ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Hazırda turnir cədvəlində 74 xalla birinci olan Enshede təmsilçisi 2-ci yerdə gedən Ayaksı 4, 3-cü olan PSV Eyndhoveni isə 5 xal qabaqlayır.
