3 aprel 2010 00:34

Qarabağ üçün qisas şansı

Günün mərkəzi qarşılaşması ən gec başlanan oyun olacaq. Bir neçə gün əvvəl üst-üstə 35 min manat cərimə alan, baş məşqçisini 4 oyunluq itirən Xəzər Lənkəran özü kmi problemlər içində olan, lakin çətinlikləri sırf oyunla bağlı olan Qarabağı qəbul edəcək. Bu komandalar sonuncu duelində – Azərbaycan kubokunun 1/4 finalının cavan görüşündə kiçik qalmaqal yaşanmış, iki futbolçusu qırmızı vərəqə alan Qarabağ baş hakim Vüsal Əliyevdən narazı qalmışdı.
 
Həmin görüş, xatırladaq, 1:0 hesabı ilə XL klubunun xeyrinə başa çatmışdı. Bu hesab lənkəranlıları yarımfinala çıxarmışdı (ilk matç – 1:2).
İlk baxışdan, turnir cədvəlinin yuxarısındakı 6 komanda arasında ən zəifləri hesab olunan Neftçi ilə Qəbələnin dueli də maraqla gözlənilir. Hər iki kollektiv son vaxtlar oyununu tapıb və iki turda 4 xal qazanıb. Bu görüş həm də gənc azərbaycanlı məşqçilər – Arif Əsədovla Ramiz Məmmədovun mübarizəsi kimi əlamətdardır.
 
İkinci “altılıq”da isə heç nəyə iddiası qalmayan Simurq Muğanı, Olimpik-Şüvəlan isə Turanı qəbul edəcək.
 
“Unibank” Premyer Liqası
26-cı tur
 
3 mart
16.00. Neftçi – Qəbələ
16.00. Simurq – Muğan
16.00. OŞ – Turan
18.00. XL – Qarabağ
 
4 mart
16.00. İnter – Bakı
16.00. Karvan – Standard

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.