3 aprel 2010 12:59
Tvente azarkeşləri Vaqif Cavadova əl uzatdı
Vaqif Cavadov yavaş-yavaş Tvente azarkeşlərinin rəğbətini qazanır. Hər halda, Enshede klubunun heyətində bir dəfə də olsun meydançaya çıxmayan azərbaycanlı futbolçunun klubun azarkeş saytının forumunda xüsusi səhifəsi var.
Azerisport.az xəbər verir ki, “Vaqif Cavadovun azarkeşləri” (Fans of Vaqif Javadov) adlanan bölmədə artıq bir neçə istifadəçi öz fikirlərini yazıb. Onlardan bəzilərini nəzərinizə çatdırırıq:
“Ümid edirik ki, Vaqif Tventede Georgi Qaxokidze kimi özünü ən yaxşı tərəfdən göstərəcək. Çünki eyni regionu – Qafqazı təmsil edir”.
“İnanıram ki, o, Blez Nkufo kimi bizim ən yaxşı oyunçumuz olacaq”.
“Təəssüf ki, Cavadov zədələnib. Deyəsən, o bu gün Venlo ilə oyunda meydana çıxa bilməyəcək”.
Bir azarkeş isə Vaqifin Tventenin son məşqindən fotoşəklini əlavə edib.
