4 aprel 2010 13:25
U-19 evə məğlub dönür
İtaliyanın Olbia şəhərində təşkil olunmuş beynəlxalq turnirin 1/4 final mərhələsi çərçivəsində Azərbaycan U-19 yığması İngiltərənin Kuin Park Reyncers klubundan olan həmyaşıdları ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib oyunsonrası penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast vuran ingiltərəli futbolçular 3:1 hesabı ilə qələbə qazaıb.
Beləliklə, bu məğlubiyyətdən sonra yığmamız turnirdəki çıxışını başa vurub.
Xatırladaq ki, U-19-un Olbia şəhərindəki təlim-məşq toplanışı aprelin 11-də yekunlaşacaq.
AFFA
