4 aprel 2010 13:30
Qırmızı vərəqə Mahir Şükürova baha başa gələcək
Amkarla oyunda aldığı qırmızı vərəqə həmyerlimiz Mahir Şükürovun əsas heyətdə yerini itirməsinə gətirib çıxara bilər. Azerisport.az xəbər verir ki, dünən Anji – Alaniya görüşündə Mahaçqala klubunda müdafiənin sağında başqa futbol yer almışdı.
“Şükürov niyə oynamadı? Mahir ÇSKA ilə görüşü cəza üzündən buraxdı. Bu oyunda onun yerini Ağalarov tutdu və yaxşı təsir bağışladı. Hətta son dəqiqələrdə qol da vura bilərdi. Şükürov məşq edir və başa düşür ki, əsas heyətdəki yerini qaytarmalıdır” – baş məşqçi əvəzi Arsen Akayev klubun rəsmi saytına belə deyib.
