4 aprel 2010 13:33
Bakıda yenə türkiyəli baş məşqçi (FOTO)
Bakını mövsümün sonuna kimi Cüneyt Biçer çalışdıracaq. Azerisport.az xəbər verir ki, klubun prezidenti Hafiz Məmmədov bu gün axşam saatlarında gənc çalışdırıcını futbolçulara təqdim edib.
Klubun rəsmi saytının verdiyi xəbərə görə, “Unibank” Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün İnterə qarşı keçiriləcək səfər oyununa Bakını məhz Cüneyt Biçer çıxaracaq. Məşqçilər korpusunda Məqsəd Yaqubəliyev, Aydın Salatan və Yüksel Kepoğlu yer alacaq.
Əlavə edək ki, bu təyinata kimi Cüneyt Biçer Bakı Futbol Klubunun Uşaq və yeniyetmələrdən ibarət komandalarının baş koordinatorunun köməkçisi idi.
