4 aprel 2010 13:53

Futbol - yeni döyüş növü, yaxud Qarabağla Neftçinin sonu

Son vaxtlar Azərbaycan futbolu əlbəyaxa döyüş növlərini xatırladır. Hamı dalaşır: azarkeşlər, futbolçular, məşqçilər...

Azerisport.az xəbər verir ki, bizim ölkəmizdə hələ məğlub olmağı, daha doğrusu, ləyaqətlə məğlub olmağı öyrənməyiblər. Dünən Neftçi – Qəbələ görüşündə demək olar ki, heç nədən insident yaşand, futbolçular bir-birilərinə girdilər. Amma diqqətlə baxsaq, görərik ki, bu “heç nədən” yaranmadı. Neftçinin futbolçusu Vladimir Voskoboynikovun “feyr-pley” qaydalarına əməl etməməsi Qəbələ futbolçularını, onların hərəkətləri isə meydan sahiblərini özündən çıxardı. Bununla da matçdan sonra insanlar böyük, məşhur və imkanlı kişilər arasında əsasən balaca uşaqlara xas olan, xalq arasında “kütlə davası” adlandırılan davaya girişdilər.

Sırf oyuna gəlincə, futbolçularının yumruqlarını inamla yelləmələrinə baxmayaraq, onlar meydançada elə bir şey göstərə bilmədilər. Əlbəttə, Neftçi oyunu hücumda keçirdi, qol vəziyyətləri yaratdı, amma qələbə ona daha çox layiq olana və daha güclü çıxana qismət sayıldı. Futbolda isə daha çox qol vuran komanda güclü və qələbəyə layiq hesab olunur. Bu qədər sadə... Qəbələ sensasiyaya imza atdı və baş məşqçisi Ramiz Məmmədovun Avropa iddialarının əsassız olmadığını bir daha sübuta yetirdi.

Digər 3 görüşlə müqayisədə iki saat gec başlanan XL – Qarabağ görüşü zamanı da atmosferdə sanki bir gərginlik. Burada bir həftə əvvəlin hadisələrini unutmamışdılar. İnamla söyləmək olar ki, bu qarşılaşmada qələbə qazanmaq XL üçün şərəf məsələsi idi və cənublular baş məşqçi Ağasəlim Mircacadovun yoxluğunda belə bu vəzifənin öhdəsindən gələ bildilər. Qarabağa isə “hələlik” demək olar. Bu komanda bu mövsüm medal qazana bilməyəcək.

İkinci “altılığ”ın iki qarşılaşmasında yekun mənzərə müəyyənləşdi. Favoritlər – Simurq və OŞ müvafiq olaraq, Muğanla Turana 1:0 və 4:1 hesabları ilə qalib gələrək, “ikinci eşelon”da qələbə uğrunda kimin mübarizə aparacağına aydınlıq gətirdilər.

 

“Unibank” Premyer Liqası
26-cı tur
 
Neftçi – Qəbələ1:2
Simurq – Muğan 1:0
OŞ – Turan 4:1
XL – Qarabağ 2:1

 

Turnir vəziyyəti

İlk "altılıq": İnter - 22 xal (13 oyun), XL – 22 (14), Bakı – 16 (13), Neftçi, Qarabağ – 16 (14), Qəbələ - 14 (14)

İkinci "altılıq": Simurq – 26 (14), OŞ – 25 (14), Turan – 20 (14), Muğan – 17 (14), Standard – 12 (13), Karvan – 9 (13)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.