4 aprel 2010 14:03
Lippertin etirafları
Azərbaycan U-19 yığmasının baş məşqçisi Benhard Lippert İtaliyanın Olbea şəhərində keçirilən turnirin 1/4 finalında Kuinz Park Reyncers klubuna məğlubiyyəti dəyərləndirib.
“Oyunun ilk hissəsində bir neçə qol epizodu yaratdıq, lakin dəyərləndirə bilmədik. Fasilədən sonra rəqibə əvvəlki kimi təzyiq göstərmədik. Etiraf etmək lazımdır ki, rəqibimiz fiziki cəhətdən çox güclü komanda idi. Avropa çempionatının elit-raundunda məhz belə komandalarla qarşılaşacağıq. Əlbəttə, turnirin bu mərhələsində məğlub olmaq məyusedicidir” – azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlamasında Lippert belə deyib.
