4 aprel 2010 16:53
Diniyevin komandası 2-ci yerə qalxdı (YENİLƏNDİ)
Bu gün Rusiya çempionatında 4-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, həmyerlimiz Şahin Diniyevin komandası Terek Krılya Sovetovu qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Hər iki qola Ektor Brakamonte imza atıb.
Bu qələbədən sonra xalını 8-ə yüksəldən Terek bir neçə saatlıq da olsa, 2-ci pilləyə qalxıb. Ondan bir xal geridə olan Rubin, ÇSKA və Zenit bir oyun az keçiriblər.
