4 aprel 2010 21:10
Həmyerlilərimiz yanaşı (YENİLƏNDİ)
Bu gün Türkiyə Bank Asya 1-ci liqasında 29-cu turun oyunları keçirilib.
Azerisport.az xəbər verir ki, Anatoli Ponomaryovun komandası - Orduspor Çaykur Rizəsporu qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb.
Vitali Kovalyovun formasını geydiyi Kartalspor evdə Kocaelispora 2:1 hesabı ilə qalib gəlməklə rəqibi vaxtından əvvəl 2-ci liqaya göndərib. Həmyerlimiz ehtiyatda qalıb.
Bu nəticələrdən sonra aktivində 38 xalı olan Kartalsport 9-cu, ondan iki xal az toplayan Orduspor isə 10-cu yerdə qərarlaşıb.
