4 aprel 2010 14:50

Martın ayının ən yaxşı futbolçusu: Araz Abdullayev

Azərbaycanda mart ayının ən yaxşı futbolçusu müəyyənləşdi. Azerisport.az xəbər verir ki, saytımızda aparılan sorğuda azarkeşlərin əksəriyyəti – 39%-i səsini Azərbaycan yığmasının və Neftçinin gənc futbolçusu Araz Abdullayevə verib.

Neftçinin vunderkindi ilk gündən liderliyi ələ alıb və bu qiyabı mübarizədə bir neçə təcrübəli həmkarını qabaqlayıb. “Yarış”ın gedişində Xəzər Lənkəranlı Emeka Opara ona müqavimət göstərməyə çalışsa da, sonda 27% səslə ikinci olub. Digər 5 futbolçu isə 6% və daha az səs toplayıb: Fərid Quliyev və Maksim Medvedev – hərəyə 6%, Robertas Poşkus – 5%, Fabio Luis Ramim – 4%, Aleksandr Şoliç – 3%, İqor Melnik – 2%. Daha 2% respondent hansısa başqa futbolçunu “ən yaxşı” hesab edib. 5% isı ümumiyyətlə, mart ayında heç kimin oyununu elə də bəyənməyib.

Fevralın ayının ən yaxşısı Juninyodan sonra, Araz Abdullayev azerisport.az-ın sorğusunun ikinci qalibi oldu. Ümid edirik ki, bu, aprelin 18-də 18 yaşı tamam olacaq Rubin və ya Everton kimi klubların potensial üzvünün ad gününə ən yaxşı hədiyyələrdən biridir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.