4 aprel 2010 16:17
Barsanın əfsanəsinin oğlu Realda çıxış edəcək (FOTO)
Madrid Realı Con Neeskenslə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, onun atası – Hollandiya yığmasının əfsanəvi futbolçusu Yohan Neeskens vaxtilə Barselonada çıxış edib, 2006-08-ci illərdə isə “blauqranyes”də baş məşqçi Frank Raykaardın köməkçisi kimi çalışıb.
1994-cü il təvəllüdlü kiçik Neeskensin boyu 184-smdir. Maraqlıdır ki, müxtəlif mövqelərdə çıxış edə bilən universal vunderkind... Barsolanın yerləşdiyi Kataloniya vilayətinin U-16 yığmasında forma geyir.
