4 aprel 2010 17:11
ÇSKA-nın prezidenti Azərbaycanı Premyer Liqasız qoymaq istəyir
Moskvanın ÇSKA klubunun prezidenti Yevgeni Giner maraqlı təkliflə çıxış edib. Azerisport.az xəbər verir ki, Rusiya mətbuatına müsahibəsində futbol funksioneri Rusiya və Ukraynanın birləşmiş çempionatının yaradılması məsələsini gündəmə gətirib.
“Birəşmiş 18 komandalı premyer liqa yarada bilərik. Bu yarış həm komandaların səviyyəsi, həm oyunların gərginliyinə görə seçiləcək. Hazırda Rusiyada formalaşmış 5-6 güclü komandaya bir o qədər də Ukrayna klubu qata bilərik. Bu, 10 superklub deməkdir. Hər iki daha 7-8 möhkəm kollektivlə birgə möhtəşən liqa yaratmaq olar. Bu, mövsüm boyunca 34 superoyun deməkdir! Üstəlik, kubok da var” – deyə Giner bildirib. Bununla belə, o, “birləşmiş premyer liqaya” düşə bilməyəcək kollektivlərin hansı yarışda iştirak edəcəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, hazırda Rusiya Premyer Liqasında çıxış edən Anjidə millinin futbolçusu Mahir Şükürov çıxış edir, Şahin Diniyev isə Terekdə məşqçidir. Ginerin ideyası həyata keçərsə, elə də böyük maliyyə və ənənələri ilə seçilməyən bu kollektivlərin yaradılacaq liqaya düşə bilməyəcəyi sirr deyil.
