4 aprel 2010 21:21
Azərbaycanı bu dəfə Bayer gözləyir
İtaliyanın Olbia şəhərində təlim-məşq toplanışında olan Azərbaycan U-19 yığması hazırlıq prosesi çərçivəsində sabah – aprelin 5-də, Bakı vaxtı iləsaat 14:00-da yoldaşlıq görüşü keçirəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, rəqib Almaniyanın Bayer Leverkuzen klubunun U-19 komandasıdır.
