4 aprel 2010 21:26
...Və yenə hakimdən narazılıq
Bakının məşqçisi Məqsəd Yaqubəliyev İnterlə oyundan sonra hakimlikdən şikayətlənib.
“Hakimlər oyunu korladılar. Bizə qarşı bir neçə dəfə səhv qərarlar qəbul etdilər. Turnir vəziyyəti bizdən yalnız qələbə tələb edirdi. Buna görə də nəticədən narazıyıq. Amma heç də pis oynamadıq” – azerisport.az xəbər verir ki, Yaqubəliyev belə deyib.
Qeyd edək ki, Bakının yeni baş məşqçisi Cüneyt Biçər mətbuat konfransına gəlməyib.
