5 aprel 2010 13:00
Qarabağ Dinamo və Zenitdən öndə
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası mart ayı üçün Dünya klublarının reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən ayla müqayisədə 22 pillə geriləyən Ağdamın Qarabağ klubu 261-ci mövqedə qərarlaşıb. 77,5 xal toplayan Qarabağ reytinq cədvəlində Rusiyanın Dinamo, Zenit, İtaliyann Kalyari, Kataniya, Fransanın Lans, Valensyen kimi klublarını qabaqlaya bilib. Məlumatı PFL-in rəsmi saytı yayıb.
