5 aprel 2010 15:14
Simurqun motivasiya problemi yoxdur
Simurqun baş məşqçisi Roman Pokora klubun rəsmi saytına müsahibəsində Muğanla oyun barədə danışıb.
“Nəticədən razıyam, çünki bu gün məhz nəticəyə oynayırdıq. Oyun barədə geniş danışmağa ehtiyac yoxdur. Təcrübəsi az olan futbolçular bir qədər zamana ehtiyacı var. Final mərhələsində keçirdiyimiz 4-cü oyunda ilk qələbəmizi qazandıq, amma onu da xatırlamaq yerinə düşər ki, cəmi bir dəfə də məğlub olmuşuq. Aşağı dəstəyə heç cür düşə bilmərik. Bu, bir qədər motivasiya problemi yaratsa da, hər oyuna qələbə üçün çıxırıq” – azerisport.az xəbər verir ki, Pokora belə deyib.
