5 aprel 2010 15:40
Azərbaycan Bayer Leverkuzeni də devirdi
İtaliyanın Olbia şəhərində təlim-məşq toplanışında olan Azərbaycan U-19 yığması hazırlıq prosesi çərçivəsində bu gün Almaniyanın Bayer (Leverkuzen) klubunun nəzdindəki müvafiq yaş qrupundan ibarət komanda ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın 1:0 hesabı ilə qələbə qazandığı oyunda yeganə qolun müəllifi Vəfadar Quliyev olub. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
