Suat Usta: Azərbaycanda Bülənt Qorxmaz kimi peşəkar tapmaq çətindir
Neftçinin türkiyəli müdafiəçisi Suat Usta həmyerlisi Bülənt Qorxmazı tərifləyib. Azerisport.az xəbər verir ki, futbolçu Bakıda bir müddət əvvəl istefa verən mütəxəssisin işini yüksək qiymətləndirib.
“İstefanın detallarını bilmirəm, buna görə də bu barədə geniş danışmaq istəmirəm. Rəhbərliklə görüşdən sonra istefa ərizəsini yazıb və klubdan ayrılıb. O, Türkiyə futbolunun canlı əfsanəsidir. Bülənt bəy çox peşəkardır. Məncə, onun kimisini Azərbaycanda tapmaq çətindir. Uğur qazanmaq məsələsinə isə müxtəlif prizmalardan baxmaq olar. Mənim üçün Çempionlar Liqasını qazanmaqla 3-cü liqadan 2-ci liqaya komanda çıxarmaq eynidir. Bəlkə də ikincisi daha önəmlidir. Əgər biri fransızca danışırsa, sən başa düşmürsənsə, kim günahkardır?” – “Çempion” qəzetinə müsahibəsində Suat Usta belə deyib.
