5 aprel 2010 12:00
Mahir Şükürov: İnanmıram ki, baş məşqçi mənim yerimə digər müdafiəçini oynatsın
Anjinin və Azərbaycan yığmasının müdafiəçisi Alaniya ilə son qarşılaşmada meydançaya çıxmaması ilə bağlı fikirlərini bildirib.
“Oyuna tam hazır idim. Ötən oyunda cəzalı olduğumdan meydanda komandama kömək edəbilmədim, amma Alaniya iləmatça tam hazır idim. Nədənsə baş məşqçi məni meydana buraxmadı. Buna baxmayaraq, sevinirəm ki, çempionatda ilk qalibiyyətimizi əldə etdik. Oyun çox gözəl alındı. İnşallah, gələn turda mən dəmeydana çıxıb qalibiyyətin dadına baxaram. İnanmıram ki, baş məşqçi mənim yerimə digər müdafiəçini oynatsın”- azerisport.az xəbər verir ki, Şükürov öz saytına açıqlamasında belə deyib.
