5 aprel 2010 00:13

Karvan dayandı

“Unibank” Premyer Liqasının 26-cı turu yalnız bir az-çox gözlənilməz nəticə ilə yadda qaldı. Amma Neftçinin çəkdiyi əziyyətləri nəzərə alsaq, formada olan Qəbələnin qalibiyyəti təəccüb doğurmamalıdır.

Azerisport.az xəbər verir ki, hər şey necə olmalı idisə, elə də olur. 5 il 5 məşqçi dəyişən, bu müddətdə bir neçə dəfə işə yeni rəhbərliklə başlayan Neftçi stabil ola bilməz, tez-tez kadr dəyişikliyinə (həm rəhbərlikdə, həm məşqçi korpusunda, həm də meydançada) əl atan Olimpik-Şüvəlan bu gün yalnız 7-ci yer uğrunda mübarizə aparmalıdır, ardıcıl gözlənilməz uğursuzluqlar zamanı vəziyyəti düzgün qiymətləndirə bilməyən Simurq bu gün əvəzedicilərin ümidinə qalmağa məhkumdur, bir neçə ildir başlı-başına buraxılan Karvan isə əvvəl axır premyer liqanı tərk etməlidir...

Həm Neftçidə, həm OŞ-da, həm də Simurqda vəziyyət bir gün düzələcək. Bəs Karvanda? Bir vaxtlar rəqiblərin qarşısında tir-tir əsdiyi bu komandanın perspektivləri necə görünür? İndi yalnız bir perspektiv var: I divizion. Və dünən evdə Standarda məğlubiyyətdən sonra Yevlax klubunu çətin ki, nəsə xilas etsin. Bəlkə də PFL-in hipotetik – yüksək liqada komandaların sayının artırılması barədə növbəti qərarı... Amma yenə də çətin ki, Karvan bir də hərəkətə gəlsin.

Standard ikinci uğursuz olmamaq üçün əlindən gəln hər şeyi etməyə çalışır və son turlarda onları Muğan və Turanla gərgin mübarizə gözləyir.

Çempionluğa ən real namizədlər – İnter və XL-in qiyabi mübarizəsi davam edir. Yəqin ki, bu mübarizənin taleyini tərəflər arasında şəxsi oyun həll edəcək. Xatırladaq, bu matç Lənkəranda baş tutacaq.

Neftçi və Bakı qeyri-sabit görünür. Bugünkü şəraitdə təcrübəsiz məşqçilərin ümidinə qalan bu kollektivlərin yeganə məqsədi birtəhər avrokubok zonasına düşməkdir.

Qarabağın potensialı bir qədər tükənir və hər keçən tur Qurban Qurbanovun kollektivini medallardan uzaqlaşdırır.

Qəbələ isə tarix yazmaq istəyir. Son 3 oyunda (ikisi səfərdə!) 7 xal toplayan kollektivin bu iddiaları artıq əvvəlki gülməli görünmür.

“Unibank” Premyer Liqası hər ötən tur finişə bir qədər də yaxınlaşır. Hələ ki, mövsümün əvvəlində çox ümid etdiyimiz o KEYFİYYƏT gözə dəymir. Qalan 6 tur da vəziyyəti çətin ki, dəyişdirə bilsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.