5 aprel 2010 12:15
Premyer Liqa döyüş meydanına çevrilir
Son 10 gün ərzində üçünü çempionat oyununda dava düşür. Azerisport.az xəbər verir ki, “Unibank” Premyer Liqasının 26-cı turunun Karvan – Standard oyununda qırmızı vərəqə görən Emin Quliyevin Standardın futbolçusu Murad Ağakişiyevlə münaqişəsi düşüb. Futbolçu aldığı vərəqədə məhz Ağakişiyevi günahkar sayıb. Mübahisədən sonra oyunçular arasında kiçik insident yaşansa da, hakimlərin və məşqçilərin köməyi ilə gərginlik yatırılıb.
