5 aprel 2010 00:18
Yunis Hüseynov: Bütün günahlar məndədir
Karvanın baş məşqçisi Standardla oyundan (1:2) sonra komandanın uğursuzluqlarını günahını öz üzərinə götürüb. Azerisport.az xəbər verir ki, PFL-in rəsmi saytı onun sözlərini sitat gətirib: “İlk hissənin əvvəlində yaratdığımız epizodda fərqlənə bilsəydik oyun başqa cür alınardı. Oyun boyu əldə etdiyimiz imkanları boşa xərclədik. Komandanın son pillədə olmasını baş məşqçi kimi öz üzərimə götürürəm".
