5 aprel 2010 00:23
4 oyuna 5 qol: o, bir azərbaycanlıdır! (VİDEO)
Moskva Lokomotivinin azərbaycanəsilli futbolçusu Aleksandr Əliyev Rusiyanı təəccünlədirməkdə davam edir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunda evdə Dinamonu qəbul edən Lokomotiv rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Bu qollardan ikisinə Əliyev imza atıb. Bununla da azərbaycanlı pleymeyker Moskva klubunun formasında 4-cü oyunda 5-ci qolunu vurub.
Lokomotiv – Dinamo görüşündə Əliyevin vurduğu qolları izləmək üçün buraya klik edin. Qeyd edək ki, bu görüşdə daha bir azərbaycanlı – Dinamonun havbeki Aleksandr Səmədov 60 dəqiqə meydançada olub.
