Türkiyə yığması Azərbaycana qarşı heyəti açıqladı
Türkiyə U-19 yığması Avropa çempionatının elit mərhələsinin oyunlarında forma geyəcək futbolçuların adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Kamal Özdəş aşağıdakı futbolçulara dəvət göndərib: Ərkan Kaş, Əli Kuçik, Orxan Güllə, Necib Uysal (hamısı Beşiktaş), Ərən Albayrak, Muhammet Dəmir, Anıl Sarak, İsmail Haktan Odabaşı (hamısı Bursaspor), ƏmrəÇolak, Əmrah Yollu, Əray İşcan (hamısı Qalatasaray), Okan Alkan, Rəcəb Bərk Əlitez (hər ikisi Fənərbağça), Mahmut Boz, Özkan Karabulut (hər ikisi Gənclərbirliyi), Ərhan Kartal (Dənizlispor), Alpər Potuk (Əskişəhərspor), Volkan Dikmen (Kayserispor), Özgür Çek (Ankaragücü), Onur Karakabak (Mersin İdmanyurdu), Sonər Aydoğdu (Hacəttəpə), Mətin Uçar (Kastamonuspor), Əngin Bekdemir (Porto).
Xatırladaq ki, Türkiyə yığması AÇ-2010-un seçmə mərhələsindəki rəqiblərindən biridir. Elit mərhələnin oyunları14-19 aprel aralığında Əskişəhərdə keçiriləcək. Türkiyə - Azərbaycan oyunu aprelin 14-də baş tutacaq.
