6 aprel 2010 15:04
Fevral - Xaqani Məmmədov, mart - Araz Abdullayev (FOTO)
Bu gün “Unibank” və Peşəkar Futbol Liqası “Unibank” Premyer Liqasının fevral və mart ayı üçün ən yaxşı futbolçularının mükafatlandırma mərasimini keçirirlər. Azerisport.az xəbər verir ki, artıq qaliblərin adı məlumdur. Fevral ayında Karvanın hücumçusu Xaqani Məmmədov, martda isə Neftçinin gənc yarımmüdafiəçisi Araz Abdullayev qalib gəlib.
Xatırladaq ki, sonuncu həmçinin azerisport.az-ın analoji sorğusunda birinci yeri tutmuşdu. Saytımızın istifadəçilərinin versiyasına görə, fevralın ən yaxşı futbolçusu adına isə XL-li Juninyo sahib çıxmışdı.
