6 aprel 2010 15:11
Xaqani Məmmədov: Bu mükafatın xüsusi yeri var
“Unibank” Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilən Karvanın hücumçusu Xaqani Məmmədov sevinci gizlətməyib.
“Komandamın elə də yaxşı oyun göstərməməsinə baxmayaraq, sorğunun qalib olduğum üçün sevinirəm. Təəssüflər olsun ki, bu bizim çempionatda çıxışımıza kömək etmir. İstənilən halda, bu mükafat mənə çox əzizdir. Şəxsi muzeyimdə xüsusi yer tutacaq” – azerisport.az xəbər verir ki, forvard belə deyib.
