6 aprel 2010 15:30
Həmyerlimiz Zenitin stadionunda məşqə çıxır
Dünən axşam avtobusla Sankt-Peterburqa gələn Volqa (Tver) bu gün “Petrovski” stadionunda məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, bu, həmyerlimiz Emin Ağayevin çıxış etdiyi komandanın Zenitlə Rusiya kubokunun 1/4 finalının oyunu ərəfəsində sonuncu məşqi olacaq.
Qeyd edək ki, Zenit – Volqa görüşü sabah Bakı vaxtı ilə saat 20:30 başlayacaq. Qalib yarımfinala vəsiqə qazanacaq.
