6 aprel 2010 15:37
Premyer Liqada vurulacaq hər qol uşaqları sevindirəcək
PFL prezidenti Ramin Musayev bildirib ki, bundan sonra Premyer Liqada vuruıan hər qol “Unibank” tərəfindən 100 manat məbləğində dəyərləndiriləcək və bütün məbləğ Saray qəsəbəsindəki uşaq evinə köçürüləcək. Azerisport.az xəbər verir ki, Musayev fevral ayının qalibi Xaqani Məmmədov barədə fikirlərini bildirib: “Xaqani özü inanmasa da, o ayın ən yaxşısıdır. İnanırıq ki, yerli futbolçular tez-tez bu mükafata sahib olacaqlar”.
