6 aprel 2010 17:31
Araz üçün çex, rus, macar və xorvat
UEFA futzal üzrə Çempionlar Liqasının oyunlarının idarə edəcək hakimlərin adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Arazın da qatıldığı turnirdə ədaləti 4 referi – Karel Gennıx (Çexiya), Oleq İvanov (Rusiya), Qabor Kovaç (Macarıstan) və Edi Sunyiç (Xorvatiya) idarə edəcəklər.
Xatırladaq ki, aprelin 23-dən 25-dək Portuqaliyanın Lissabon şəhərində baş tutacaq mini-turnirin yarımfinalında Arazın rəqibi İspaniyanın İntervyu klubu olacaq.
