Bu gün ilk yarımfinalçılar məlum olacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın cavab görüşləri keçiriləcək. Azerisport.az xəbər verir ki, ilk yarımfinalçının adı artıq Bakı vaxtı ilə saat 23:30-da məlum ola bilər.
Bunun səbəbi ənənəvi olaraq Rusiyada keçirilən matçların digərlərinə nisbətən iki saat tez başlamasıdır. Artıq 21:30 ÇSKA İnteri qəbul edəcək və bu görüşdə Leonid Slutskinin yetirmələri ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. İnterin yaxşı müdafiə olunduğunu nəzərə alsaq, bunun çox vəzifə olduğunu etiraf etməyə dəyər, 2005-ci il UEFA Kuboku və Superkubokunun sahibinin şansları hələ tam tükənməyib.
Digər cütdə Barselona və Arsenal üz-üzə gələcəklər. Şübhə yoxdur ki, “Nou Kamp” bu dəfə də möhtəşəm oyuna şahidlik edəcək. Barsanın son illər keçirdiyi bütün görüşlər möhtəşəmdir və Arsen Vengeri Kataloniyada ciddi sınaq gözləyir. İlk oyunun nəticəsi (2:2) “topçular”ı irəli atılmağa və qol vurmağa məcbur edəcək. Barselona isə belə vəziyyətdən maksimum yararlana bilər.
