6 aprel 2010 00:03
Haciyevski Bakıya qayıtdı
Azərbaycan yığmasının və Bakının keçmiş baş məşqçisi Coko Haciyevski hazırda paytaxtımızdadır. Azerisport.az xəbər verir ki, makedoniyalı mütəxəssis Azərbaycan klublarından biri ilə danışıqlar aparmaq üçün ölkəmizə gəlib.
Bununla belə, Haciyevski müxbirimizlə söhbətində bu xəbəri təkzib etdi: “Bəli, Bakıdayam, amma kiminləsə danışıq aparmaq üçün yox, şəxsi işlərimlə əlaqədar gəlmişəm. Atromitos klubunu tərk etmək fikrim yoxdur”.
