Foqts 4 nəfərdən imtina etdi
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts aprelin 12-dən 15-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək futbolçuların adını açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən toplanışla müqayisədə heyətlə dəyişikliklər var.
Qapıçılar: Kamran Ağayev (XL), Fərhad Vəliyev (Qarabağ)
Müdafiəçilər: Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev (hamısı Qarabağ), Vladimir Levin (İnter), Ruslan Abışov, Rail Məlikov (hər ikisi Neftçi)
Yarımmüdafiəçilər: Elvin Məmmədov, Əfran İsmayılov (hər ikisi Qarabağ), Samir Abbasov, Aleksandr Çertoqanov (hər ikisi İnter), Rahid Əmirquliyev (XL), Fabio Luis Ramim (Bakı)
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi Qarabağ), Fərid Quliyev (Standard)
Qeyd edək ki, bu dəfə Vaqif Cavadov, Mahir Şükürov, Saşa Yunisoğlu, Rəşad Sadiqov milliyə dəvət almayıblar. (AFFA)
