6 aprel 2010 12:31
FİFA hicaba görə İranı diskvalifikasiya etdi
FİFA İran yığmasının avqustun 12-dən 25-dək Sinqapurda keçiriləcək yeniyetmələr arasında Olimpiya oyunlarında iştirakına qadağa qoyub. Azerisport.az xəbər verir ki, bu, iranlı futbolçuların meydançaya ənənəvi islam geyimi olan hicabda çıxması ilə əlaqədardır. Bu, oyun qaydalarına zidd olduğu üçün FİFA bir neçə xəbərdarlıqdan sonra İranı cəzalandırmaq qərarəna gəlib. Qarşıdakı oyunlarda İranı Tailand millisi əvəz edəcək.
