6 aprel 2010 00:32

Neftçidən sərt cavab: Heç kim bizə kömək etmir!

Neftçinin mətbuat xidməti guya son turlarda hakimlərin komandaya kömək etməsi ilə əlaqədar mətbuatda gedən yazılarla bağlı açıqlama verib.

“Son vaxtlar KİV-də belə bir fikir formalaşıb ki, guya hakimlər Neftçiyə kömək edir. Qəbələ ilə son oyun bir daha göstərdi ki, bu fikir qətiyyən düzgün deyil. Oyun zamanı baş hakimin verdiyi qərarlardan da görünür ki, bu cür söz-söhbətlər mənasızdır. Rəqib komanda hesabda öndə olarkən açıq şəkildə vaxtı uzatmağa çalışırdı. Görüşün baş hakimi isə belə epizodlarda bir dəfə də olsun əlini cibinə salmadı. Neftçinin forvardı Vladimir Voskoboynikovun “fair-play” qaydalarına əməl etmədiyi epizodda rəqib futbolçu açıq-aşkar şəkildə onu vuraraq, kobudluq etdi. Qəbələnin digər futbolçuları da Vladimirə yaxınlaşıb, ona zərbələr endirdilər. Lakin referi heç bir futbolçuya vərəqə göstərmədi” – bəyanatda belə deyilir.

Azerisport.az xəbər verir ki, mətbuat xidməti Neftçinin yüksək yerlər uğrunda mübarizəni davam etdirəcəyini də bildirib: “Bütün çətinliklərə baxmayaraq, komanda “altılığ”a vəsiqə qazana bilib. Neftçi mövsümün sonunadək yüksək yerlər uğrunda mübarizəni davam etdirəcək. Flaqman uğurlarını daim öz gücü hesabına qazanmışdır, indiyədək belə olub, bundan sonra da belə olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.