Pasulko Xəzər Lənkəranın adını unudub
Xəzər Lənkəranın keçmiş baş məşqçisi, hazırda Qazaxıstanda çalışan Viktor Pasulko yerli mətbuata müsahibəsində XL-in problemlərindən danışıb.
“Xəzərin Lənkəran komandası (? – azerisport.az) sanballı klubdur. Onun arxasında ciddi insanlər durur, amma menecmentdən başı çıxan və klubu inkişaf etdirə biləcək şəxs yoxdur. Əvəzində müxtəlif postları tutan qohum-qardaş var. Həmçinin buna görə də komanda Avropada bir mərhələdən artıq keçə bilmir” – deyə Pasulko bildirib.
Azerisport.az xəbər verir ki, müsahibəsinin digər yerində o, ümumilikdə Azərbaycan futbolunun çətinliklərinə toxunub və AFFA-nın səhv siyasətindən, milliləşdirmənin zərərlərindən, Moldova millisə ilə Karlos Alberto Torresin vaxtındakı yığmamızı iki dəfə məğlub etməklərindən danışıb. Lakin birincisi, bunlar yoldaşlıq görüşləri olub. İkincisi, çalışdığı heç yerdə 6 aydan duruş gətirməyən bir məşqçinin kiməsə ağıl öyrətməsinə ciddi yanaşmağa dəyməz. Üçüncüsü, heç işlədiyi komandanın adını belə yadında düzgün saxlamayan Pasulkonun elə həmin XL-lə yalnız 7-ci yeri (yeri gəlmişkən, klubun tarixində ən zəif nəticə) tutmasını xatırlamaq lazımdır. Qoy nə danışır, danışsın.
