6 aprel 2010 00:56

Mahirin Rusiyada qara günləri

Yaxınlarda Anjiyə baş məşqçi təyin olunacağı gözlənilən, hələliksə kluba qeyri-rəsmi məsləhətlərini verən Hacı Hacıyev azerisport.az-a danışıb. Müxbirimizlə söhbətində təcrübəli mütəxəssis Mahir Şükürovun bundan sonra Anjidə çətinliklərlə üzləşəcəyini gizlətməyib.

“Mahir yaxşı futbolçudur. Səhv etmirəmsə, hətta bir neçə oyunda Azərbaycan yığmasının kapitan sarğısını da daşıyıb. Amma Amkarla görüşdə qırmızı vərəqə alması heç xoşuma gəlmədi. Bir dəqiqəyə iki sarı vərəqə almaq xoşuma gəlmədi. Həmin məğlubiyyətdə Mahirin də günahı var idi” – deyə Hacıyev bildirib.

Mütəxəssis futbolçumuzun cəzalanmayacağını söyləsə də, ona əsas heyətdə yer sözü də verməyib: “Mahir artıq cəzasını çəkib: ÇSKA ilə oyunu buraxıb. Onu əvəzləyən futbolçu yaxşı təsir bağışladığından, cəzadan qayıdan kimi Şükürovu əsas heyətə buraxmaq düzgün olmazdı. Futbolçu öz imkanını gözləməlidir.

Biz ona güvənirik. Amma o çox emosionaldır. Hətta əvvəlki tək məşq də etmir. Əvvəlki həvəs yoxdur. Getdikcə düzələcək. Mahir artıq növbəti turda oynaya bilər”.

Hacıyev kimi təcrübəli mütəxəssis heç vaxt sözünü havaya atmır. O, Rusiyanın ən yaxşı məşqçilərindən biridir və yüksək səviyyəli peşəkardır. Başqası bəlkə də onun yerində Azərbaycan mətbuatına müsahibəsində öz mövqeyini bir qədər yumşaldar və ümumi ifadələrlə cavabdan yayınmağa çalışardı. Amm Hacı Hacıyev nə düşünürdüsə, onu da dedi. Və qorxuruq ki, bundan sonra Mahir Şükürov Anjidə böyük problemlərlə üzləşsin.

Hacıyev heç vaxt intizamsız futbolçunu sevməyib. O, dəfələrlə öz praktikasında istedadlı, lakin oyun intizamı aşağı səviyyədə olan oyunçunu daha intizamlıya qurban verib. Bu, Hacıyevin futbol fəlsəfəsidir.

İndidən Omari Tetradzenin gedişi ilə məhz onun Mahaçqala klubuna transfer etdiyi Mahir Şükürovun problemlərlə üzləşəcəyi deyilir. Amma bu problemlər heç də məşqçi dəyişikliyi ilə bağlı deyil. Hər şey Mahirin öz əlindədir. Futbolçumuz bilməlidir ki, o, öz mövqeyində əsas rəqibindən bir baş üstün olsa belə, intizamsızlıq edəcəyi təqdirdə oynamayacaq. Bax, bu da Azərbaycan çempionatı ilə Rusiya çempionatının fərqi. Şimalda hər məşqdə, hər oyun epizodunda var-gücünü qoymalısan. Azərbaycanda adətən ciddi rəqabətin olmaması üzündən nisbətən rahatlanmaq keçirdisə, orada keçməyəcək.

Ümumilikdə isə, Hacı Hacıyevdən Mahir Şükürov çox şey öyrənəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.