7 aprel 2010 01:15
Millimizin rəqibi ilə Mübariz Mənsimov və Yuventus maraqlanır
Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biri – Almaniya millisinin hücumçusu Kevin Kuranyi çıxış etdiyi Şalke 04 klubunu tərk edə bilər. Azerisport.az xəbər verir ki, bir çox klublardan təklif alan forvarda ən real namizəd Yuventus sayılır. Klub artıq futbolçuya rəsmi təklif də göndərib. Mövsümün sonunda müqaviləsi bitən və azad agent olan Kuranyinin Türkiyədə peyda olması da istisna deyil. Həmyerlimiz Mübariz Mənsimovun sponsorlarından biri olduğu Beşiktaş da bu futbolçu ilə yaxından maraqlanır.
