7 aprel 2010 15:11
Haciyevski Simurqla müqavilə bağladı
Cokiça Haciyevski Azərbaycan futboluna qayıtdı. Azerisport. az xəbər verir ki, o bu gün Simurq Peşəkar Futbol Klubunun icraçı direktoru vəzifəsinə təyin olunub. Vaxtilə Makedoniya və Azərbaycan millilərini, Bakı komandasını çalışdıran 55 yaşlı mütəxəssisin təyinatı artıq rəsmiləşib və bu gündən işə başlayıb. Haciyeski son vaxtlar çalışdığı Kiprin Atromitos klubunu tərk edib.
