7 aprel 2010 22:35
Həmyerlimiz Zeniti məğlub edə bilmədi (YENİLƏNDİ)
Bu gün Rusiya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirildi. Azerisport.az xəbər verir ki, həmyerlimiz Emin Ağayevin 90 dəqiqə meydançada olduğu görüşdə Tver Volqası Sankt-Peterburqda Zenitə məğlub oldu - 0:2. Qollara Sabolç Hust və Vladimir Bıstrov imza atdılar.
Zenitdə əlavə yarımfinala Mordoviyaya qalib gələn (3:0) Alaniya və Luç-Enerjini məğlub edən (2:0) Sibir vəsiqə qazandılar. Digər yarımfinalçı - Amkar - Moskvanın bir müddət əvvəl fəaliyyətini dayandırması üzündən bu mərhələyə mübarizəsiz adlayıb. Zenit 1/2 finalda Alaniya, Sibir isə Amkarla görüşəcək.
