7 aprel 2010 16:18
Cokiça Haciyevski: Zaqatalaya yollanmağa ehtiyac yoxdur
Simurqun yeni icraçı direktoru Cokiça Haciyevski azerisport.az müsahibə verib. Açıqlamalarında makedoniyalı mütəxəssis Simurqun təklifini bəyəndiyini bildirib
“Klub prezidenti Zaur Məmmədovla danışmışam və qərara gəldi ki, klubun fəaliyyətinin yaxşılaşdırılmasına cavab verəcəyəm. Atromitsla müqaviləm başa çatıb və Kiprdən Bakıya gələrkən klub rəhbərliyinə söz verdim ki, danışıqlar aparmağa hazıram. Amma yalnız Simurqla söhbətdən sonra. Bu klubun iş təklifini bəyəndim və qəbul etdim. Klubun Bakı ofisində çalışacağam, Zaqatalaya yollanmağa elə bir ehtiyac yoxdur” – Haciyevski belə deyib.
Simurqun baş məşqçisinin olduğunu və onun işlərinə qarışmayacağını söyləyən 55 yaşlı mütəxəssis nə Neftçi, nə də Bakıdan təklif almadığını əlavə edib.
