7 aprel 2010 16:40
FİFA-nın qəbul etmədiyi iranlı xanımlar (FOTO)
İran Olimpiya Komitəsi (OK) FİFA-nın qərarına etiraz yazıb. Azerisport.az xəbər verir ki, bir neçə gün əvvəl beynəlxalq futbol qurumu qadınlardan ibarət İran millisinin futbolçularının hicab geyinməsinə və onların Sinqapurda keçiriləcək yeniyetmələrin ilk Olimpiadasında iştirakına qadağa qoyub. “The Telegraph” yazır ki, İran OK-u hicab islam ənənələri ilə vacib olduğunu və qadınların ictimai yerlərdə onsuz olmasının qadağan edildiyini FİFA-nın nəzərinə çatdırıb.
