7 aprel 2010 17:28

Neftçidə kamikadzelər

"Neftçi"nin Dostları” Sülh və Mətbuat Klubu komandanın hazırkı durumu və qarşıdakı prinsipal olyunlarla bağlı flaqmanın futbolçularına müraciət edib. Azerisport.az xəbər verir ki, müraciət də deyilir:
 
 “Biz çox istərdik ki, Neftçinin şərəfini qoruyan futbolçular Azərbaycanın bir nömrəli komandasında top qovduqlarını hər saniyə yadlarında saxlasınlar. Neftçi ən ağır və keçici bir mərhələ yaşayır. Hər kəs bu komandanı xalqın qəlbindən silmək üçün öz “futbol  saatları”ndan tutmuş agentlik və qəzetlərinə qədər olmazın murdar əməlləri ilə məşğuldurlar. Amma bir şey var ki, Neftçi bu xalqın qəlbində yüz illər sonra da yaşayacaq və Avropada sözünü deyəcək. Adamı yandıran odur ki, flaqmana qarşı bu kampaniyanı aparanlar iyirmi-otuz nəfər “azarkeşi”ilə çempionluqlarını qeyd edənlər, yalnız pul-para verib Azərbaycan  KİV-lərində özlərini gözə soxmağa çalışan həvəskar məhəllə klublarıdır. Biz Neftçinin futbolçularına üz tuturuq: Uşaqlar, bundan sonrakı ölüm-dirimə bərabər oyunlara əsl kamikadze kimi çıxın. Xüsusilə Quzanlıda Qarabağla keçiriləcək qarşıdakı oyunda hər qarış uğrunda döyüşün. Döyüşün ki, bizə qarşı nifrət yaratmaq üçün dəribən-qabıqdan çıxanların ağızlarını birdəfəlik yumaq. Xalq sizin arxanızdadır!”

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.