7 aprel 2010 23:20
Zədə Simurqun qapıçısını yığmadan kənarda qoydu
Simurqun gənc qapıçısı Fuad Əhmədovun durumu yaxşılaşır. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, bir müddət əvvəl Türkiyədə məşhur həkim Mehmet Binnət tərəfindən əməliyyat olunan 22 yaşı qolkiper təxminən bir ay sonra intensiv məşqlərə başlayacaq. Əhmədovun tam sağalıb sıraya dönüşü isə artıq gələn mövsüm reallaşacaq.
Klubdan aldığımız məlumata görə, Berti Foqtsun aprelin 19-22-si aralığında keçiriləcəyi seleksiya xarakterli təlim-məşq toplanışına dəvət alan Əhmədov zədə üzündən bu toplanışdan kənarda qalıb.
