Messinamə
Arsenalla görüşdə 4 qol vuran Barselonanın hücumçusu Lionel Messi Çempionlar Liqasında poker edən 6-cı və ilk qeyri-avropalı futbolçu oldu. Bu, həm də son 5 ildə ÇL-də ilk pokerdir. Azerisport.az xəbər verir ki, buna qədər bu göstəriciyə Marko van Basten (Milan – Qöteborq 4:0, 1992-ci il), Simone İndzagi (Latsio – Marsel 5:1, 2000-ci il), Ruud van Nistelroy (MY – Sparta 4:1, 2004-cü il), Dador Prşo(Monako – Deportivo 8:3, 2004-cü il) və Andrey Şevçenko (Milan – Fənərbaxça 4:1, 2005-ci il) nail ola biliblər.
Messi həmçinin Ueyn Runidən sonra bir oyunda 3 və daha artıq qol vuran oyunçudur. Arsenalla görüşdə Lionel 22 yaş 286 günlük idi.
Qollarının sayını 8-ə çatdıran Messi Primerodan sonra ÇL-dən ən yaxşı bombardirlərin siyahısında 1-ci yerə qalxdı. Xatırladaq ki, Messi bu mövsüm “La Liqada” Saraqosa (4:2), Valensiya (3:0) və Tenerife ilə görüşlərdə het-trik. Ümumiyyətlə isə, Maradonanın davamçısı karyerası ərzində 5 het-trik edib.
