7 aprel 2010 11:39
Bakının hücumçusu Motorlar şəhərində
Bakının hücumçusu Alan Vanqa Vetende Keniya millisinin heyətinə dəvət alıb. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, o, ABŞ-ın Detroyt şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Vanqanın çıxış etdiyi Keniya millisi ilk oyununu Qanaya qarşı keçirəcək. Turnir mayin 23-də yekunlaşacaq.
