7 aprel 2010 00:20
Arif Əsədov: Araz Abdullayev hələ çox işləməlidir
“Unibank” Premyer Liqasında "ayın oyunçusu" nominasiyasının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Neftçi klubunun baş məşqçisi Arif Əsədov fikirlərini bildirib.
“Ayın oyunçusu"nun seçilməsi futbolçularımız üçün özlərini göstərmək baxımdan əlavə stimuldur. Xaqani Məmmədovu təbrik edirəm. Hazırda milli komandanın düşərgəsində olan Araz Abdullayev üçün də bu şərəfdir. Daha da yaxşı futbolçu olması üçün hələ öz üzərində işləməlidir” – azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, Əsədov belə deyib.
