7 aprel 2010 00:30
Çempionatın sponsorunu kim müflis edər?
Karvanın baş məşqçisi Yunis Hüseynov bildirib ki, çempionatda hər ayın ən yaxşı oyunçusunun seçilməsi futbolçulara əlavə stimul verir.
" Bu mükafat hər bir futbolçunu əlavə ruhlandırır. Sevindirici haldır ki, qaliblərin çoxu öz futbolçularımızdır. Bizim futbol oynadığımız vaxtda belə kampaniyalar yox idi. Olsa idi, Unibankı müflis edərdik. Arzu edirəm ki, bütün gənc futbolçularımız oyunu ilə bu ada layiq görülsünlər".
